Türkiyə rəsmisi: Dezinformasiyaların ən acı nümunələrini Azərbaycan yaşayıb
Dezinformasiyaların ən acı nümunələrini Azərbaycan yaşayıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün bütün dünyada sosial media diplomatiyasının önəmi artıb. Sosial media artıq toplumların ən çox informasiya aldığı məkana çevrilib:
"Artıq dezinformasiya ilə mübarizə çox vacib məsələdir. Xüsusilə, texnologiyanın inkişafına, süni zəkaya hakim ola bilməsək, sonrakı hadisələr qarşısıalınmaz nəticələrə gətirib çıxarar. Qardaş ölkə Azərbaycana yönəlik qlobal miqyasdakı qarayaxmalara qarşı birgə mübarizə aparırıq. Eynilə, Türkiyəyə qarşı dezinformasiyalara da etirazımız ortadadır".
F.Oktay bildirib ki, Vətən müharibəsi ilə bağlı Fransa parlamentində Azərbaycanın guya Ermənistan torpaqlarını işğal etdiyi ilə bağlı qətnamə qaldırılmışdı:
"Bu gün istər ABŞ, istərsə də Avropa dövlətlərində "X panikası" mövcuddur. Görünür, dezinformasiya ilə mübarizə apara bilməsək, gələcəkdə bizi gözləyən təhlükədən yaxa qurtara bilməyəcəyik".
Oxşar xəbərlər
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuat Oktay: Azərbaycanla Ermənistan arasında sülhün təmini Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuat Oktay: Türkiyə Suriyada terror dövləti qurulmasına icazə verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuat Oktay Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yücel Karauz: Azərbaycan və Türkiyəyə qarşı güclü lobbiçilik fəaliyyəti var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












