XİN başçısının müavini Manama Dialoqu Forumunda çıxış edib
sizinxeber.az xəbər saytı

XİN başçısının müavini Manama Dialoqu Forumunda çıxış edib


Dekabrın 6-da Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.

Bu barədə "Sizinxeber.az"a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.

Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib.

Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Forum dekabrın 8-dək davam edəcəkdir.

Oxşar xəbərlər

Nazir müavini Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edir
Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
Azərbaycan Elistada iqtisadi forumda təmsil olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər