Ceyhun Bayramov Maltada 3-cü Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Maltada 3-cü Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Maltanın Valletta şəhərinə işgüzar səfəri çərçivəsində 3-cü Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Nazir konfransda Azərbaycanın COP29-a ev sahibliyi etməsi, nəticələri, eləcə də ölkənin enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsində təşəbbüsləri, eləcə də münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə çıxış edib.

Ceyhun Bayramov çıxışı zamanı həmçinin münaqişədən sonrakı regional reallıqlar, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, mina təhlükəsi, o cümlədən Azərbaycan və Ermənistan sülh prosesi barədə məlumat verib.

Oxşar xəbərlər

Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib
Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional yenidənqurma və sülh gündəliyini müzakirə edib
Azərbaycan və Finlandiya XİN rəhbərləri Maltada görüşüb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər