Assosiasiya prezidenti: Niderland Sen Martinə müstəqillik verilməsi ilə bağlı bütün çağırışları rədd edir
"2010-ci ilin oktyabrında Sen Martin ərazisi sözdə muxtar əyalət elan edilsə də, əslində bu qərarla müstəmləkəçilik de-yure təsdiq olunurdu".
APA xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans zamanı təqdimatla çıxış edən "One Saint Martin" Assosiasiyasının prezidenti Rhoda Arrindell deyib.
O, 1627-1631-ci illərdə Fransa və Niderlandın işğalına məruz qalması ilə ada xalqına və onun ictimai-siyasi həyatına külli miqdarda ziyan vurulduğunu bildirib: "1994-cü ildə Fransa ilə Niderland arasında Sen Martin sərhədində birgə nəzarətin həyata keçirilməsi barədə razılaşma imzalandı. Son illər ərzində baş verən mühüm qlobal siyasi proseslər nəticəsində müstəmləkə xalqlarının müstəqillik ideyaları güclənməyə başlayıb. 2010-ci ilin oktyabrında Sen Martin ərazisi sözdə muxtar əyalət elan edilsə də, əslində bu, müstəmləkəçiliyin de-yure təsdiqi idi. Bizim indiyədək müstəmləkə şəraitində yaşamağımız bilavasitə Birləşmiş Millətlər Təşkilatının məsuliyyətidir. Həm Niderland hökuməti, bu hökumətin Baş naziri və Parlamenti beynəlxalq ictimaiyyətin adaya müstəqillik verilməsi ilə bağlı bütün çağırışlarını rədd edir".
Oxşar xəbərlər
"One Saint Martin" Assosiasiyasının prezidenti: Müstəmləkə şəraitində yaşamağımız bilavasitə BMT-nin məsuliyyətidir
Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martinə həsr olunmuş konfrans keçiriləcək
Sen Martin adasının parlament üzvü: Fransa və Niderlandın müstəmləkəçiliyindən xilas olmaq bizim xalqların ən müstəsna hüququdur
Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTO
Abbas Abbasov: Müstəmləkəçiliklə yalnız beynəlxalq hüquq çərçivəsində mübarizənin tərəfdarıyıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
