Murat Kurum: Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır
sizinxeber.az xəbər saytı

Murat Kurum: Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır


Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır.

“Sizinxeber.az” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murat Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.

O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”.

Xatırladaq ki, daha əvvəl Səudiyyənin paytaxtında BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının (COP16) işə başladığı bildirilmişdi.

Oxşar xəbərlər

Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
Ər-Riyad və Bakı BMT-nin COP29 iqlim konfransı və COP16 səhralaşma konfransı çərçivəsində əməkdaşlıq edir
Murat Kurum: COP29-u iqlim maliyyəsi məsələsində bir dönüş nöqtəsi olacağına inanırıq
COP29-da Türkiyə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini açıqlayacaq
Türkiyə COP29-da uzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər