

Milli Məclisin sədri MDB Parlamentlərarası Assambleyasının Şura iclasında iştirak edib
Noyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sizinxeber.az-ya verilən xəbərə görə, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.
İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub. Sahibə Qafarova Azərbaycanda keçirilən Milli Məclisə növbədənkənar seçkiləri müşahidə edən MDB PA-nın missiyasının yekun rəyinin müzakirəsi zamanı çıxış edərək, görülən işlərə görə bütün müşahidəçi qruplara, o cümlədən Parlamentlərarası Assambleyanın müşahidə missiyasına təşəkkürünü bildirib.
Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ötən parlament seçkiləri həm də cari ilin fevralında keçirilən prezident seçkilərindən sonra ölkəmizin bütün suveren ərazilərində keçirilən ilk parlament seçkiləri olması ilə əlamətdardır. O, VII çağırış Milli Məclisin əvvəlki kimi, parlamentlərarası dialoqun inkişafına sadiq olduğunu, bundan sonra da həm dost parlamentlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə, həm də Parlamentlərarası Assambleya çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə diqqət yetirəcəyini bildirib.
Məsələ ilə bağlı çıxış edən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova COP29 kimi mötəbər və mühüm tədbiri yüksək səviyyədə təşkili münasibəti ilə Azərbaycan xalqına və Azərbaycan Respublikası Prezidentinə təbriklərini çatdırıblar. Eyni zamanda, parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibəti ilə Sahibə Qafarovanı təbrik ediblər.
Oxşar xəbərlər
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib
Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
