Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub
sizinxeber.az xəbər saytı

Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.

Bu barədə "Sizinxeber.az"a FHN-dən bildirilib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirak etdiyi tədbirdə, əvvəlcə FHN Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada beynəlxalq əlaqələrə xüsusi diqqət yetirildiyi vurğulanıb, ali təhsil ocağının bir sıra ölkələrin müvafiq təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq etdiyi qeyd olunub.

Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər.

Daha sonra Akademiyanın konfrans zalında Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumu tərəfindən qurumun fəaliyyətinə həsr olunmuş təqdimat edilib.

Sonra qonaqlar FHN-in İdman-sağlamlıq klubunda olublar. Bildirilib ki, klubun idman kompleksində Nazirlik əməkdaşlarının fiziki hazırlıqlarının yüksəldilməsi ilə yanaşı onların respublika və beynəlxalq yarışlarda iştirakları üçün hər cür şərait yaradılıb, kompleksdə hər il müxtəlif yarışlar keçirilir.

Pakistan İslam Respublikası Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik FHN-in Akademiyasının və İdman-sağlamlıq klubunun fəaliyyətini yüksək qiymətləndirib, təəssüratlarının müsbət olduğunu deyib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Oxşar xəbərlər

Pakistanlı sədr FHN-in Akademiyası və İdman-sağlamlıq klubunda olub - FOTOLENT
Kəmaləddin Heydərov Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri ilə görüşüb
Azərbaycan və Pakistan fövqəladə halların qarşısının alınması ilə bağlı müzakirələr aparıb
Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər