Prezident İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

"Sizinxeber.az" xəbər verir ki, məktubda deyilir:

"Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə Sizi və qardaş xalqınızı ürəkdən təbrik edirəm.

Qardaş Özbəkistanın tarixində ilk dəfə olaraq qarışıq seçki sistemi üzrə keçirilmiş bu səsvermə ölkənizin demokratik dövlət quruculuğu prinsiplərinə sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi.

Səsvermənin nəticələri xalqınızın Sizin qətiyyətlə yürütdüyünüz siyasi xəttə olan inam və etimadının təzahürü, Özbəkistanın daha da inkişafı və qüdrətlənməsi istiqamətində xidmətlərinizə real dəstəyinin ifadəsidir.

Yeni tərkibdə fəaliyyətə başlayacaq Ali Məclisin Qanunvericilik palatasının işinə müvəffəqiyyətlər arzulayıram.

Fürsətdən istifadə edərək bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan xalqının rifahı və firavanlığı yolunda ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər diləyirəm".

Oxşar xəbərlər

Prezident İlham Əliyev özbəkistanlı həmkarına təbrik məktubu ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri İraq Prezidentinə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti kubalı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər