Beynəlxalq səyahətçilər bu gün Kəlbəcər və Laçına səfər edib - FOTOLENT - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Beynəlxalq səyahətçilər bu gün Kəlbəcər və Laçına səfər edib - FOTOLENT - YENİLƏNİB


Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Sizinxeber.az xəbər verir ki, ötən gün heyət Füzuli, Xocavənd, Şuşa, Ağdamda olub. Bu gün dünya səyyahları Kəlbəcər və Laçına səfər edib.

Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri bu qəbildən olan sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

***

15:02

Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş qrupda olan səyyahları Kəlbəcər rayonundan sonra Laçın rayonuna səfər ediblər.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, şəhərin Seyrangah adlanan ərazisinə gələn dünya səyyahları buradan Laçın şəhərini seyr ediblər. Qonaqlara Laçın rayonu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Laçın rayonu 1992-ci il may ayının 18-də erməni silahlı birləşmələri tərəfindən işğal olunub. İşğal dövrünə qədər rayon 125 kənddən, bir şəhər və bir qəsəbədən ibarət olub. Sus kəndində 59 ailə 215 nəfər, Zabux kəndində 217 ailə 823 nəfər, Laçın şəhərinə 570 ailə 2090 nəfər olub.

Digər işğal altına düşmüş rayonlar kimi Laçın da ciddi dağıntılara məruz qalıb. Bir çox tarixi və mədəni abidələr vandalizmə məruz qalıb.

Sonra səyyahlar şəhəri gəziblər. Onlar Laçının işğaldan azad edildikdən sonra burada aparılan geniş tikinti-quruculuq işləri yaxından tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Qrup üzvləri həmçinin məlumatlandırılıb ki hazırda rayonun Zabux və Sus kəndləri olmaqla iki kəndi yenidən tikilərək sakinlərin istifadəsinə verilib. Hal-hazırda rayonda ümumilikdə 749 ailənin - yəni 3128 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Oxşar xəbərlər

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb
Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB
Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB - FOTO
Xarici səyyahlar Şuşaya səfər ediblər - YENİLƏNİB 1 - FOTO
“Piki Reels” klubunun 33 nəfərlik səyyah heyəti Laçın rayonunasəfəredib - FOTOLENT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər