Gürcüstan vətəndaşı: Azərbaycanın azad edilmiş ərazilərindən keçərkən göz yaşlarımı saxlaya bilmədim
Qonşu ölkədən bir qrup səyyahın tərkibində Qarabağ regionuna gələn Gürcüstan sakini Maya Rəcəbova işğaldan azad edilmiş ərazilərə səfər etmək imkanına görə minnətdarlığını bildirib.
“Sizinxeber.az” xəbər verir ki, o, Azərbaycanın tarixi şəhəri Xankəndidə olmağın sevincini bölüşüb.
“Azad edilmiş ərazilərdən şəhərə gedən yol boyu bu torpaqlar uğrunda Azərbaycan xalqının nə qədər qanının töküldüyünü düşünərək, göz yaşlarımı saxlaya bilmədim”, - M.Rəcəbova qeyd edib.
Səyyah vurğulayıb ki, o, Gürcüstanda xeyriyyə mərkəzinin rəhbəridir. Bununla yanaşı, M.Rəcəbova bildirib ki, Qarabağa daha tez-tez səfər etmək, o cümlədən mərkəzin himayəsində olanlar üçün səfərlər təşkil etmək istərdi: “Onlar Azərbaycana gəlməyi çox arzulayırlar”.
Oxşar xəbərlər
Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var
Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik
Rusiyalı səyyah: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var
Gürcüstanlı səyyah: Qarabağa gəlmək çoxdankı arzum idi
Bir qrup beynəlxalq səyyah Xudafərin körpüsündə olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
