Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səyahət bizə bu bölgənin tarixi haqqında çox şey öyrənməyə imkan verdi.
"Sizinxeber.az"un məlumatına görə, bunu amerikalı səyyah Şelvin Şah deyib.
O qeyd edib ki, səfər Ermənistan-Azərbaycan münaqişəsi haqqında daha çox məlumat əldə etməyə imkan verir.
Şelvin Şah mina problemi ilə bağlı fikirlərini də bölüşüb: “Mən istərdim ki, insanlar daha minalardan ölməsinlər, mən həmişə sülhün tərəfdarıyam. Fikrimcə, həm Azərbaycana, həm də Ermənistana sülh gətirən hər şey hər iki ölkənin maraqlarına uyğundur.
Xatırladaq ki, beynəlxalq səyyahlardan ibarət heyət bu gün Şuşaya səfər edib.
Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.
Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyyahlar iştirak edirlər.
Beynəlxalq səyyahlar bu gün Xocavənd, Şuşa, Xankəndi və Ağdamda olacaq, iyulun 26-da Şərqi Zəngəzura, iyulun 27-də isə Zəngilan və Cəbrayıla səfər edəcəklər.
Oxşar xəbərlər
Ukraynalı səyyah Qarabağda aparılan bərpa işlərinin sürətinə heyran qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq səyyahlardan ibarət heyət Şuşadadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikalı səyyah: Təəssüf ki, münaqişə nəticəsində xeyli sayda insan mina qurbanı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












