Bir qrup beynəlxalq səyyah Xudafərin körpüsündə olub
Bir qrup beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olub.
“Report”un Cəbrayıldakı müxbirinin verdiyi məlumata görə, qonaqlar Araz çayının sahillərini birləşdirən qədim Azərbaycan memarlıq abidəsi olan körpü ilə tanış olublar.
Əcnəbi səyyahlara körpünün tarixi və vaxtilə Böyük İpək Yolunda oynadığı vacib rol haqqında məlumat verilib.
Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. İyulun 25-dən 27-dək Çarlz Veylinin başçılıq etdiyi beynəlxalq səyyahların 11-ci qrupu Qarabağa və Şərqi Zəngəzurda olub. 35 beynəlxalq səyahətçinin səfərini dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı təşkil edib. Burada 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir.
Oxşar xəbərlər
Beynəlxalq səyyahlar Ağdama səfər ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyalı səyyah: Qarabağın sürətlə bərpası heyrətamizdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












