Milli Məclis və Albaniya Parlamentinin sədrlərinin görüşü olub
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Albaniya Respublikası Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Albaniyanın dost və tərəfdaş ölkələr olduqları qeyd edilib. Tərəflər iqtisadi, ticari, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yaxşı imkanların olduğunu vurğulayıblar. Bu istiqamətdə parlamentlərin də ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfələr vermək niyyəti ifadə edilib.
Söhbət zamanı parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.
Görüşdə bu ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı da məlumat verilib, qanunverici orqanların iqlim dəyişmələri ilə mübarizədə çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Oxşar xəbərlər
Milli Məclisin sədri Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəriylə görüşüb
Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrlərinin görüşü olub
Azərbaycan və Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
TBMM sədri Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına faydasından danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













