Azərbaycan və Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Albaniya arasında iqtisadi, ticari, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu barədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Albaniya Parlamentinin sədri Elisa Spiropalinin görüşündə söhbət aparılıb.
Görüşdə Azərbaycan və Albaniyanın dost və tərəfdaş ölkələr olduqları qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfələr vermək niyyəti ifadə edilib.
Söhbət zamanı parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.
Görüşdə bu ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı da məlumat verilib, qanunverici orqanların iqlim dəyişmələri ilə mübarizədə çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Oxşar xəbərlər
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəriylə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












