Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələdən sonra Türkiyəyə yardım göstərən ölkələri unutmadıq
sizinxeber.az xəbər saytı

Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələdən sonra Türkiyəyə yardım göstərən ölkələri unutmadıq


Başda can Azərbaycan olmaqla, 6 fevral zəlzələsindən sonra Türkiyəyə yardım göstərən qardaş ölkələri unutmadıq və unutmayacağıq.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata bəyanatında bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər daha da dərinləşir.

"Biz də lazım olduğu təqdirdə qardaşlarımızdan köməyi əsirgəməyəcəyik, qarşlılıq gözləmədən bütün imkanlarımızı səfərbər edəcəyik, yanlarında olacağıq. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq", - Ərdoğan deyib.

Oxşar xəbərlər

Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələlərdən sonra göstərilən köməyi əsla unutmayacağıq
Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik
Prezident İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan Avrasiya üçün önəmli amilə çevrilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər