Korotçenko: Azərbaycan İkinci Dünya Müharibəsində qələbəyə böyük töhfə verib
sizinxeber.az xəbər saytı

Korotçenko: Azərbaycan İkinci Dünya Müharibəsində qələbəyə böyük töhfə verib


Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Azərbaycanın İkinci Dünya müharibəsində Qələbəyə böyük töhfə verdiyini qeyd edib.

“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində bildirib.

“Azərbaycan Böyük Vətən Müharibəsi veteranlarını və qəhrəmanlarını unutmur, onların xatirəsini yad edir, ehtiram bəsləyir. Bakıda mövcud olan, üzərinə əklillər və güllər düzülən abidələr buna misaldır. Azərbaycan İkinci Dünya Müharibəsində qələbəyə böyük töhfə verib. İlk növbədə, təbii ki, bu, neftdir, çünki neft müharibənin qanıdır. Eyni zamanda, Azərbaycan alimlərinin icad etdiyi “Molotov kokteyli”ni, Sovet ordusunda döyüşən, Berlinə çatan və bütün mühüm döyüşlərdə iştirak edən yüzminlərlə azərbaycanlı əsgər və zabiti də unutmaq olmaz”, - o deyib.

Korotçenko xatırladıb ki, qələbənin 80 illiyi Rusiyada geniş şəkildə qeyd olunacaq.

“Şadıq və minnətdarıq ki, Azərbaycan bu anım tədbirlərini bölüşür, xatırlayır və orada iştirak edəcək. Biz buna görə əlbəttə ki, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Unutmayaq ki, onun atası, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz peşəkarlığı ilə bu gün də Rusiyada xüsusi xidmət orqanlarının zabit və generalları arasında böyük hörmətə malikdir. Sovet İttifaqı dövründə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat və əks-kəşfiyyat sahəsində əldə etdiyi möhtəşəm nəticələri də xatırlayırıq”, - o əlavə edib.

Oxşar xəbərlər

Korotçenko: Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələr sırasındadır
Korotçenko: Bugünkü seçkilər Azərbaycanın siyasi sabitliyini təsdiqləyir
Korotçenko: Azərbaycanın Qələbədə misilsiz rolu olub
Korotçenko: Vaşinqton, Paris və Brüsselə Cənubi Qafqazda sülh lazım deyil
İqor Korotçenko: “Bakının Qranadadakı görüşdə iştirakdan imtinası mövcud siyasi reallıqlara uyğundur”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle