Türk Akademiyasının prezidenti: Ortaq əlifba xalqlar arasında əlaqələrin gücləndirilməsində əsas vasitədir
Ortaq əlifba türk xalqları arasında əlaqələrin gücləndirilməsində əsas vasitədir.
Bunu “Report”un Ankara bürosuna Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev bildirib.
O deyib ki, ortaq əlifba xalqların bir-birini daha yaxşı anlamağına kömək edəcək: “Türk dillərinin kök sistemi eyni olduğu üçün ortaq əlifba yazılı mətinləri, ədəbiyyatı anlamaq üçün uğurlu vasitədir. Bu da türk xalqları arasında əlaqələri genişləndirir və möhkəmləndirir”.
Ş.Mustafayev ortaq türk dilinin yaradılması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyib:
“Burada söhbət ortaq türk dilindən getmir. Çünki hər xalqın özünün ədəbi dili, danışıq dili var, hamı öz danışıq dilindən istifadə edir və edəcək”.
Oxşar xəbərlər
Türk dövlətlərinin ortaq brendləri yaradılacaq
Türkiyə Ali Təhsil Şurasının sədri: Ortaq universitet bütün türk dünyası üçün nümunə ola bilər
Akademik Nizami Cəfərov: Türk dövlətləri ortaq türk əlifbasına istinad edərək öz əlifbalarını təsdiq edəcəklər - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
