Narışkin: Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını dəstəkləyir
sizinxeber.az xəbər saytı

Narışkin: Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını dəstəkləyir


Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almasını, ölkənin BRICS dövlətləri ilə daha sıx qarşılıqlı fəaliyyətini alqışlayır və dəstəkləyir.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin Bakıda deyib.

“Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almasını və ölkənin BRICS dövlətləri ilə daha sıx qarşılıqlı fəaliyyətini alqışlayır və dəstəkləyir. Bu təşkilatlar artıq dünyada nüfuzlu və hörmətlidir. Fikrimcə, beynəlxalq təşkilatlarla daha sıx qarşılıqlı əlaqə, təbii ki, Azərbaycanın özünə də fayda verəcək, o cümlədən iqtisadi və siyasi dividendlər gətirəcək. Ölkələrimizin, Rusiya və Azərbaycanın çoxtərəfli formatda qarşılıqlı fəaliyyət üçün əlavə platforması yaranır və təbii ki, biz yuxarıda qeyd olunan təşkilatların ümumi nizamnamə məqsədlərini həyata keçirəcəyik”, - Narışkin bildirib.

Xatırladaq ki, bu ilin avqustunda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Azərbaycanın BRICS-ə üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.

2024-cü ilin iyulunda isə Azərbaycan ŞƏT-də statusunun dəyişdirilməsi - dialoq üzrə tərəfdaşdan müşahidəçi ölkəyə çevrilməsi üçün müraciət edib.

Oxşar xəbərlər

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Azərbaycanın BRİCS-lə daha sıx əlaqələr qurmaq istəyinə hörmətlə yanaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycanda səfərdə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Prezident İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər