Prezidentin köməkçisi Ermənistanla sülhə maneələrdən danışıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanla sülhə mane olan məsələlərdən danışıb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, H.Hacıyev müsahibəsində bildirib:
"Ermənistanın hərbiləşdirilməsi məsuliyyətli və mütənasib olmalıdır. Məsələn, İrəvan Fransadan uzaqmənzilli raketlər və artilleriya sistemləri alır və bununla da yenidən Azərbaycan şəhərlərinə hücum edə bilər. Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı.
Müstəmləkə keçmişi olan bəzi Qərb dövlətlərinin Afrikadakı kimi, Qafqazda da öz siyasətlərinin və intriqalarının təbliği üçün Ermənistandan istifadə etməsi əks effekt verir. Məsələn, Fransa və onun hökuməti region haqqında tam anlayışa malik deyil və Avropanın da əleyhinə olacaq geosiyasi səhvlərə yol verir. Ermənistanı hərbiləşdirmək və bununla da onun revanşizminə təkan vermək sülhə kömək etmir.
Biz, həmçinin Avropa İttifaqının Ermənistanda sərhədlərimizin monitorinqi missiyası şəklində və Ermənistan üçün hərbi layihə olan Avropa Sülh Fondu vasitəsilə regionda hərbi mövcudluğunu görürük. Aİ regionumuzda hərbi amilə çevrilərsə, haqlı suallar ortaya çıxır: Ermənistanın hərbiləşdirilməsinin məqsədi nədir?".
Oxşar xəbərlər
Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: Artıq regionda Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan öhdəliklərini yerinə yetirməlidir - PA rəsmisi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidentinin köməkçisi: "Fransanın Ermənistanı silahlandırması əks effekt verir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












