Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır


Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə geniş müsahibəsində deyib.

O bildirib ki, Ermənistan son 30 ildə Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, insanları qovub, məscidləri və digər abidələri yerlə-yeksan edib:

"Biz keçən il ərazi bütövlüyümüzün bərpası üçün hərbi əməliyyat keçirən zaman dinc əhalini bombalamadıq, istədikləri təqdirdə, qala biləcəklərini bildirdik, həmçinin əhalinin Ermənistana getməsi üçün dəhlizlər yaratdıq. Şərt ondan ibarət idi ki, onlar Azərbaycan vətəndaşlığını və qaydalarını qəbul etsinlər, əvvəllər olduqları “boz zona”da yaşamağı dayandırsınlar. Lakin onlar bunu qəbul etmədilər və demək olar ki, hamısı getməyə qərar verdi.

Qarabağ ermənilərinin böyük əksəriyyəti, xüsusilə də kişilər hərbi fəaliyyətə cəlb olunub, Azərbaycana qarşı keçirilən əməliyyatlarda və döyüşlərdə iştirak edib. Geri qayıtmaq istəsələr, bizim vətəndaşlığımızı və qanunlarımızı qəbul etməli olacaqlar. Ancaq Ermənistan da öz növbəsində Qərbi Azərbaycan icmasına eyni hüquqları verməyə, onların öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır".

Oxşar xəbərlər

Hikmət Hacıyev: Artıq regionda Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var
Prezidentin köməkçisi Ermənistanla sülhə maneələrdən danışıb
Bakı bu ittihamları rədd edir - Hacıyev
Hikmət Hacıyev: Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, heyrətləndirməyi bacarıb
Hikmət Hacıyev: Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle