

Ceyhun Bayramov Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdülati ilə görüşüb
26 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdülati ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, görüş zamanı Misirin xarici işlər naziri təyin edilməsi münasibətilə qarşı tərəfə təbriklər çatdırılıb, bu təyinatın Azərbaycan-Misir əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verəcəyinə dair inam ifadə olunub.
Azərbaycan ilə Misir arasında qarşılıqlı hörmət və etimada əsaslanan konstruktiv dostluq münasibətlərinin uzun tarixə malik olduğu bildirilərək, iki ölkənin dövlət başçılarının sıx təmasları sayəsində bu münasibətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsinin mümkün olduğu diqqətə çatdırılıb. Bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin Misirə son rəsmi səfərinin ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni səhifənin açılması, əməkdaşlığımızda çoxsaylı fürsətlərin ortaya çıxarılması baxımından əhəmiyyəti vurğulanıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Misirin dövlət başçısı səviyyəsində iştirakının təsdiqinə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub, qlobal əhəmiyyətli bu tədbirin yaşıl enerji sahəsində Azərbaycan-Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb
Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Ərağçi ilə görüşüb
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
