XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Xarici İşlər Nazirliyi İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
"Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarixi İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq. Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik", - məlumatda deyilir.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
[email protected]
+972 50 356 95 82
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi
[email protected]
+961 4 922 066.
Oxşar xəbərlər
Azərbaycan XİN İsrailə səfərlə bağlı xəbərdarlıq edib
İsrail XİN Azərbaycan və daha 3 ölkədəki vətəndaşlarına xəbərdarlıq edib
XİN Fələstinə səfərlə bağlı xəbərdarlıq edib
Çin öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
