Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak edib
Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.
“Report”un Rusiya bürosunun məlumatına görə, iclasda Şura üzvləri Birliyin geoloji portalının doldurulması üçün açıq istifadəli məkan məlumatlarının mübadiləsinin gələcək təşkili ilə bağlı qərar qəbul ediblər.
İclasda həmçinin MDB üzvü olan dövlətlər arasında mülki gəmiqayırmanın inkişafı və gəmi avadanlığının istehsalı sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi müzakirə edilib, eyni zamanda MDB üzvü olan dövlətlərin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası üzrə əməkdaşlıq haqqında Memorandum layihəsi nəzərdən keçirilib. Bu layihə Birlik ölkələrinin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə yönəlib.
MDB İqtisadi Şurasının növbəti iclasının noyabrın 29-da keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Oktyabrda Aşqabadda MDB-nin Əmək Məşvərət Şurası keçiriləcək
MDB hökumət başçıları noyabrda qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılmasını müzakirə edəcəklər
Türk Dövlətləri Təşkilatının Milli Təhlükəsizlik Şurasının sədrləri Türküstanda toplaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
