Oktyabrda Aşqabadda MDB-nin Əmək Məşvərət Şurası keçiriləcək
sizinxeber.az xəbər saytı

Oktyabrda Aşqabadda MDB-nin Əmək Məşvərət Şurası keçiriləcək


Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv ölkələrinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasının bu il oktyabrın 17-18-də Aşqabadda keçirilməsi planlaşdırılır.

“Report” Türkmənistanın rusdilli rəsmi qəzeti olan “Neytralnı Turkmenistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti sədrinin müavini Xocamırat Gəldimuradov hökumətin iclasında bildirib.

Gəldimuradov xatırladıb ki, Birlik üzvü olan dövlətlər arasında strateji iqtisadi əməkdaşlıq haqqında bəyannamə 2019-cu ilin oktyabrında Aşqabadda qəbul edilib. Sənəddə MDB üzv ölkələrinin fəaliyyətinin prioritet istiqamətləri arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi vəzifəsi müəyyən edilib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov vurğulayıb ki, ölkəsi MDB ilə ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığı ardıcıl olaraq möhkəmləndirir, Birliyin sahə strukturları ilə əməkdaşlığı genişləndirir. Dövlət başçısı baş nazirin müavininə Aşqabadda keçiriləcək Məşvərət Şurasının iclasına lazımi qaydada hazırlaşmağı və onu yüksək səviyyədə keçirməyi tapşırıb.

Qeyd edək ki, MDB üzv ölkələrinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurası 1992-ci ildə yaradılıb. Onun əvvəlki, 36-cı iclası 2023-cü ildə Rusiyanın Soçi şəhərində keçirilib. Şura ümumi əmək bazarının formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi, MDB-də razılaşdırılmış sosial və demoqrafik siyasətin həyata keçirilməsi, miqrant işçilərin və onların ailə üzvlərinin hüquqi statusunun müəyyən edilməsi və bir çox digər məsələləri nəzərdən keçirir.

Oxşar xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT nümayəndəsi ilə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yunanıstanın Baş naziri hökumətdə dəyişiklik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər