Azərbaycan lideri: Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk
Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk.
"Sizinxeber.az"un xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlət başçısı məktubunda qeyd edib: "Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sizin uzaqgörən rəhbərliyiniz altında Tacikistan hərtərəfli inkişaf və sosial-iqtisadi yüksəliş yolu ilə inamla addımlayaraq beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır".
"Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Qardaş xalqlarımız arasında təşəkkül tapmış çoxəsrlik möhkəm dostluq əlaqələri, aramızdakı fəal siyasi dialoq və qarşılıqlı anlaşma bu gün yüksək səviyyəli Azərbaycan-Tacikistan əməkdaşlığını şərtləndirən başlıca amillərdəndir. Bu ilin mayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Tacikistan əlaqələrinin tarixində yeni səhifə açmış, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir", - Prezident vurğulayıb.
Azərbaycan lideri əmindir ki, həyata keçirdikləri çoxsaylı qarşılıqlı səfərlər əsnasında əlaqələrin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdikləri razılaşmalar dövlətlərarası əməkdaşlığın yeni məzmunla zənginləşməsinə, qardaş xalqlar arasında həmrəyliyin daha da möhkəmlənməsinə, ölkələrin və bütövlükdə regionun davamlı inkişafına və rifahına töhfələr verəcəkdir: "Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
Türkmənistanın Prezidenti və Milli lideri İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov: Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Vyetnam Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Almaniya Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












