Ayxan Hacızadə Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına münasibət bildirib
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirirək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına dair şərhində bildirilib.
O qeyd edib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir.
Ayxan Hacızadə deyib ki, Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır.
"Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur.
Bunun əksinə, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi “insan hüquqlarına” tamamilə zidd olduğu aydındır.
Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı.
Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik", - XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Rəsmi Bakı: Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: "Əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN Fransa Baş nazirini təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ayxan Hacızadə Klaara cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












