Bakıda "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfrans keçirilir
Bakıda "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfrans keçirilir.
"Report" xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən bu konfrans Fransanın işğalı altında olan Mayot adasına həsr olunub.
Tədbirdə Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının Qəmər Adaları İttifaqının tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyinin müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, bu tədbir beynəlxalq hüquq çərçivəsində müstəmləkəçilik siyasəti ilə mübarizə aparan xalqlara dəstək göstərən Bakı Təşəbbüs Qrupunun son bir ildə keçirdiyi 16-cı beynəlxalq tədbiridir.
Foto: Samirə Həsənova
Oxşar xəbərlər
Bakıda “Mayot. Ölüm adası” adlı film təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tohiri Mohammed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “Mayot ölüm adası” adlı sənədli filmin nümayişi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda "Mayot ölüm adası" sənədli filminin təqdimatı keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












