Ceyhun Bayramov: Azərbaycan Konstitusiyasında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana ərazi iddiası yoxdur
“Sülh sazişinin imzalanmasını mümkün edə biləcək əlavə meyarlar mövcuddur. Seçim Ermənistanındır”.
APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, Ermənistan qonşularına qarşı, ilk olaraq da Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir: “Buna hər hansı bəhanə tapmağa enerji sərf edilməməlidir. Ermənistan və Azərbaycan konstitusiyaları arasında müqayisələr aparmaq cəhdləri də yersizdir. Biz bu problemin mövcudluğunu qarşı tərəfə 2 il öncə çatdırmışdıq. Biz konstruktiv tərəf olaraq bunu danışıqlara şərt olaraq qoymurduq, amma məsələnin həllini istəyirdik. Onlarsa bu məsələnin üstündən keçməyə çalışırdılar. O zaman onlar Azərbaycan konstitusiyası ilə bağlı hər hansı iddia ilə çıxış etmirdilər. Azərbaycan Konstitusiyasında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana ərazi iddiası yoxdur”.
Oxşar xəbərlər
Nazir: Sülh sazisinin başa çatdırılması üçün əsas əngəl Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzərində irəliləyişlərlə bağlı serbiyalı həmkarını məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN rəhbəri: Ermənistan sülh sazişi layihəsindən bir neçə önəmli məqamı çıxarıb, Azərbaycan da cavab təkliflərini təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












