MDB PA-nın müşahidəçisi: Seçkilər demokratik və şəffaf şəraitdə keçirilib
Seçkilərin demokratik və şəffaf şəraitdə keçirildiyini müşahidə etdim.
"Sizinxeber.az"un Naxçıvan bürosu xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə edən MBD Parlamentlərarası Assambleyasının müşahidəçisi Yuri Volkov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, seçkilər tam qanunvericiliyə uyğun keçirilib.
"Bu gün səhər mən 4 saylı Naxçıvan şəhər Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində oldum və vətəndaşların seçki prosesində fəal iştirakının şahidi oldum. Naxçıvan Muxtar Respublikasının başqa rayonlarına da səfər etdim. Heydərabad qəsəbəsi, Culfa, Ordubad rayonlarını ziyarət etmək qismət oldu. Qeyd etmək istəyirəm ki, hər yerdə yüksək seçici fəallığı var idi. Seçicilərin hamısına bütün informasiya xidmətləri göstərilirdi. Hər şey qanuna uyğun idi", - Y.Volkov əlavə edib.
Oxşar xəbərlər
Serbiyalı müşahidəçi: Seçkilər demokratik standartlara uyğun keçirilib
Uqandalı müşahidəçi: Seçki prosesi demokratik norma və qaydalara uyğun keçirilir
MDB-dən olan müşahidəçilər: Azərbaycan vətəndaşlarının bütün seçki hüquqları tam şəkildə həyata keçirilir
Professor İsaxan Vəliyev: Seçicilər azad və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər
MSK Katibliyinin İnformasiya Mərkəzi: Ölkə üzrə seçici fəallığı ən yüksək olan dairə 122 saylı Xankəndi seçki dairəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













