Rusiya Prezidenti: Bakı ilə əməkdaşlığın bütün istiqamətləri strateji əhəmiyyət kəsb edir
Azərbaycanın dövlət başçısı İlham Əliyevlə iqtisadi əməkdaşlığın geniş spektrini müzakirə etdik.
"Report" xəbər verir ki, bunu V.Putin Azərbaycan Prezidenti ilə geniş tərkibdə danışıqların yekunu üzrə jurnalistlərə deyib.
“Qarşılıqlı faydalı ticari əməkdaşlığının qurulmasına böyük diqqət yetirilib. Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Hər bir istiqamət bizim üçün strateji əhəmiyyət kəsb edir”, - o vurğulayıb.
V.Putin bildirib ki, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri iqtisadi qarşılıqlı fəaliyyətin əsas məsələlərini daim təmasda saxlayırlar: “Rusiya Azərbaycan bazarının ən böyük investorlarından biridir. Şirkətlərimiz burada özlərini çox rahat hiss edirlər”.
Oxşar xəbərlər
Putin: Əliyevlə bunları müzakirə etdik
Rusiya Azərbaycanla humanitar əlaqələrə böyük önəm verir
Putin: Rusiya-Azərbaycan Universitetinin yaradılması imkanları nəzərdən keçirilir
Vladimir Putin: BAM-ın inşasında Heydər Əliyevin böyük rolu olub
Putin: Geniş tərkibdə işləmək Bakı və Moskvaya yaxın gələcək üçün addımları müəyyən etmək imkanı verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













