Kobaxidze: Cənubi Qafqaz regionu xüsusi əhəmiyyət qazanır
Dünyada baş verən qeyri-müəyyənliklər və qlobal dəyişikliklər fonunda Cənubi Qafqaz regionu xüsusi əhəmiyyət qazanır.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan uzun illərdir Avropa ilə Asiya arasında etibarlı körpü olduğunu sübut edir.
"Biz Gürcüstanın bağlantı funksiyasını mümkün qədər gücləndirmək üçün əlimizdən gələni edirik. Ticarət marşrutlarının çağırışlarla üzləşdiyi hazırkı şəraitdə biz tərəfdaşlarımıza müəyyən xidmətlər təklif edə bilərik. Gürcüstan malların, xidmətlərin, enerjinin, rəqəmsal məlumatların hərəkəti üçün tranzit mərkəz rolunu oynayır. Biz ölkənin bu funksiyasının daha da gücləndirilməsi istiqamətində çalışacağıq", - Kobaxidze əlavə edib.
Oxşar xəbərlər
Boçorişvili: Bütün qonşularla əməkdaşlıq edirik, Rusiya istisna olmaqla
İrakli Kobaxidze: COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir
Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün təşviq edilməsində müsbət rol oynayır
Antalyada Gürcüstanın Avropaya inteqrasiyasında çətinliklər müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
