sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paşinyan: Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq
Ermənistan avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzalanmış sənədlərlə yeni inkişaf mərhələsinə qədəm qoyub.
“Sizinxeber.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Əminəm ki, bu addımla biz inkişafın yeni gündəliyinə, yeni inkişaf ölçüsünə daxil olduq. Burada işimizin məzmunu, enerjisi və səmərəliliyi daha yüksək olmalıdır. Qarşıda görüləcək çox iş var. Bu, sülhə yönəlmiş konstruktiv və yaradıcı işdir. Biz hamımız bu işə maksimum diqqət yetirməliyik", - N.Paşinyan əlavə edib.
Baş nazir hökumətin bütün üzvlərini Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə təbrik edib.
Oxşar xəbərlər
Paşinyan ABŞ-də Azərbaycanla müqavilənin paraflanmasını dönüş nöqtəsi adlandırıb
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Paşinyan Makronla Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə edib
Paşinyan: Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
