İspaniya XİN: Bakı və İrəvan arasında normallaşma Cənubi Qafqazda sülhü gücləndirəcək
İspaniya Cənubi Qafqazın inkişafı üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.
“Report” xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqlarının nəticələrinə dair öz səhifəsində yazıb.
"Sülh prosesinə dəstəyimi ifadə etmək üçün bu gün azərbaycanlı və erməni həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqları apardım. Onları əldə edilmiş razılaşmalar münasibətilə təbrik etdim və vurğuladım ki, İspaniya davamlı sülhün möhkəmləndirilməsi naminə iki ölkə arasında münasibətlərin normallaşmasını tam dəstəkləyir. Bu, bütün region üçün vacib və ümidverici xəbərdir", - nazir qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN başçıları avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”i paraflayıblar.
Oxşar xəbərlər
Kallas: Bakı-İrəvan münasibətlərinin normallaşması regionda davamlı sülhə yol aça bilər
Ceyhun Bayramov ispaniyalı həmkarı ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə edib
Blinken: Azərbaycan-Ermənistan sülh sazişi regiona sabitlik və rifah gətirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
