Ceyhun Bayramov ispaniyalı həmkarı ilə telefon danışığı aparıb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov ispaniyalı həmkarı ilə telefon danışığı aparıb


Avqustun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, İspaniyanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı, Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. İqtisadi-ticarət, energetika, turizm, humanitar və təhsil sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İspaniyanın Baş nazirinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb.

2024-cü ildə Xarici İşlər Nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin davamı olaraq, yaxın vaxtlarda Bakıda keçiriləcək növbəti siyasi məsləhətləşmələrə hazırlıq işləri görüldüyü bildirilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov Nepalın xarici işlər naziri ilə telefon danışığı aparıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefon danışığı aparıb
Ceyhun Bayramov ilə özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı olub
Ceyhun Bayramov ilə BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub
Ceyhun Bayramov və BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər