Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşma Tramp üçün çox əhəmiyyətlidir
sizinxeber.az xəbər saytı

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşma Tramp üçün çox əhəmiyyətlidir


Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşma ABŞ Prezidenti üçün çox əhəmiyyətlidir.

Sizinxeber.az xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin sözçüsü Temmi Bryus mətbuat konfransında deyib.

"Bu razılaşma, bu müqavilə onun üçün çox önəmlidir. Bu, bizim administrasiya üçün, həm də dünyaya üçün əhəmiyyətlidir. Bu barədə çox danışılmadığı üçün bəziləri bəlkə də xəbərsizdirlər. Bu iki qonşu onilliklərdir ki, münaqişə içindədir. 35 ildən çoxdur ki, saysız-hesabsız insan həyatını itirib, nəsillər zərər görüb. Avropalılar, Fransa, Putin, hətta Bayden münaqişəni bitirməyə cəhd edib, amma yalnız Tramp bu iki ölkəni tarixi sülhə nail olmaq üçün bir araya gətirə bildi. Münaqişələrin və ya ədavətin nə qədər davam etməsindən asılı olmayaraq, Tramp ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir", - Temmi Bryus vurğulayıb.

Oxşar xəbərlər

Tramp: Pekinlə ticarət razılaşması Çin bazarının ABŞ biznesi üçün açılmasına imkan verəcək
Rubio: ABŞ Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişini alqışlayır
Tramp Konqo və Ruanda arasında razılaşma əldə edildiyini açıqlayıb
Dövlət Departamenti: ABŞ Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir
Dövlət Departamenti: Rusiya-Ukrayna münaqişəsini yekunlaşdırmaq Trampın prioriteti olaraq qalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər