Səfirlik: Paris aeroportunda övladları əllərindən alınan valideynlərlə bağlı Fransa qurumları ilə görüşlər aparılır
Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa ərazisi üzərindən Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat səfirliyə daxil olan gündən konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur.
Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, iyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan Respublikası vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib.
“6 avqust tarixində Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacaqda yerləşdirilib. Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb”, - məlumatda vurğulanıb.
O da vurğulanıb ki, hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir: "Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər. Azərbaycanın Fransadakı səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik, habelə AR-in Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”.
Oxşar xəbərlər
Rusiyanın Baykonur kosmodromunda şəkil çəkən Fransa və Almaniya vətəndaşları saxlanılıb
Fransa Azərbaycan səfirliyinin iki diplomatını “persona non-grata” elan edib
Sumqayıtda ana və övladı dərmandan zəhərlənib
Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Ukraynadakı Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












