Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya növbəti humanitar yardımın göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.
"Sizinxeber.az"un məlumatlna görə, dövlət başçısının imzaladığı sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıcaq.
"Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir.
Son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilmişdir.
Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir".
Oxşar xəbərlər
Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək
Azərbaycan Ukraynaya humanitar yardım məqsədilə 1 milyon ABŞ dolları vəsait ayırıb
Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti partiyası yola salınacaq
Aİ Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb
Ukrayna səfiri: Azərbaycana davamlı dəstəyinə görə təşəkkür edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












