Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
sizinxeber.az xəbər saytı

Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə xarici işlər naziri Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə ölkəni səmimi qəlbdən təbrik edib.

Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə mühüm töhfə olduğu qeyd edilib. Nazirlər bu strukturların ləğvi barədə ATƏT qərarının tezliklə qəbul ediləcəyini gözlədiklərini bildiriblər.

Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov ATƏT-in yeni baş katibi ilə telefonla danışıb
Ceyhun Bayramov ATƏT-in yeni təyin olunmuş baş katibi ilə telefonla danışıb
Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələlər müzakirə ediblər
Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələləri müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər