Azərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə işgüzar səfərinin yekunlarından məmnun olduğunu bildirib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində deyib.

Onun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş çox səmimi, dostluq şəraitində keçib.

“Bu, mənim Prezident Trampla ilk görüşümdür və görüş çox səmimi atmosferdə keçdi. Onun Azərbaycanla bağlı bildikləri məni çox təəccübləndirdi”, - Prezident İlham Əliyev əlavə edib.

Prezident əlavə edib: “Mən ABŞ-yə səfərin nəticələrini yüksək qiymətləndirirəm. Prezident Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfər, şübhəsiz ki, Azərbaycan-Amerika münasibətləri üçün çox mühüm hadisədir”.

İlham Əliyev qeyd edib ki, Trampla görüşdə bir çox mühüm məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev: Trampın Azərbaycanla bağlı bilikləri məni təəccübləndirdi
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər