İlham Əliyev: Trampın Azərbaycanla bağlı bilikləri məni təəccübləndirdi
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Trampın Azərbaycanla bağlı bilikləri məni təəccübləndirdi


Prezident İlham Əliyev bildirib ki, Donald Trampla görüş çox səmimi və dostluq şəraitində keçib.

APA xəbər verir ki, dövlət başçısı bunu ABŞ səfərinin nəticələri ilə bağlı müsahibəsində deyib.

Görüşdə bir çox önəmli məsələlər müzakirə olunub. Eyni zamanda, strateji tərəfdaşlıq xartiyasının hazırlanması üçün Strateji İşçi Qrup yaradılıb.

Prezident vurğulayıb ki, sənədin böyük əhəmiyyəti var və gələcək əməkdaşlıq istiqamətləri qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, tranzit, təhlükəsizlik, süni intellekt və müdafiə sənayesi daxil olmaqla açıq-aydın təsbit olunub. Bu istiqamətlərin sadalanması göstərir ki, çox geniş imkanlar ortaya çıxır.

Dövlət başçısı bildirib ki, Trampın Azərbaycanla bağlı bilikləri, onu təəccübləndirib:

“O, bir çox məsələləri dərindən bilir, Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın ABŞ-a həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı başa düşür. Şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq.”

Oxşar xəbərlər

Prezident İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
Azərbaycan Prezidenti: ABŞ-la strateji tərəfdaşlıq formatı bir çox sahələri əhatə edir
Prezident İlham Əliyev və Donald Tramp arasında telefon danışığı baş tutub
Prezident İlham Əliyev: Çinlə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq
Yan Cin: Azərbaycanla Çin arasında siyasi münasibətlər çox yüksək səviyyədədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər