Ceyhun Bayramov Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul edib
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, XİN başçısı Azərbaycanda səmərəli diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsini dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd olunub.

C.Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Niderland səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Ceyhun Bayramov diplomatik missiyası başa çatan Fələstin səfirini qəbul edib
Ceyhun Bayramov diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Ceyhun Bayramov Küveytin diplomatik fəaliyyəti başa çatan səfirini qəbul edib
Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər