Deputat: Şuşa Qlobal Media Forumuna maraq artır
Şuşa Qlobal Media Forumuna maraq artır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.
Deputat deyib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində əhəmiyyətli beynəlxalq tədbirlər təşkil olunur: “Artıq 3-cü ildir keçirilən Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilib. Azərbaycan Milli Mətbuatının 150-ci ildönümü ilə bağlı keçirilən Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatılıb. “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunan 3-cü forumun iştirakçıları Xankəndidə süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələr aparırlar. Beləliklə, tarixi Azərbaycan şəhəri Şuşa kimi Xankəndi də qlobal media məsələlərinin müzakirə olunduğu məkana çevrilib. Bu forum eyni zamanda Xankəndi başda olmaqla bütövlükdə Qarabağın zəngin mədəni irsinin dünyaya təqdimatıdır”.
Nigar Məmmədova qeyd edib ki, bu dəfəki Forumda da Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandırıb: “Sualların xarakterindən aydın oldu ki, beynəlxalq media mənsublarını həm Cənubi Qafqazda gedən geosiyasi proseslər, eyni zamanda qlobal dünya gündəmini əhatə edən mövzular maraqlandırır. Habelə 30 illik işğala öz iradəsi və qətiyyəti ilə son qoyan qalib Azərbaycanın təcrübəsi də xüsusi maraqla qarşılanır. Azərbaycan Prezidentinin qlobal siyasi lider kimi təcrübəsi də beynəlxalq medianın diqqət yetirdiyi əsas məsələlərdən biridir. Bu gün işğaldan əziyyət çəkən ölkələrin jurnalistləri Azərbaycan Prezidentindən uğur formulunu, siyasətin təməl prinsiplərini soruşur. Bu formul isə “milli maraqların müdafiəsi, xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etmək”dən ibarətdir. Bu, dövlət başçımızın qlobal siyasi lider kimi nüfuzundan, Azərbaycanın bütün məsələlərə beynəlxalq hüquq və ədalət prinsiplərindən yanaşdığını bir daha təsdiqləyir”.
Oxşar xəbərlər
III Şuşa Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edib - VİDFO - FOTO - YENİLƏNİB
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır
III Şuşa Qlobal Media Forumu panellərlə davam edir
3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












