sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Fəxri xiyabanı ziyarət edib.
APA xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Türkmənistan Xalq Məsləhətinin sədri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.
Oxşar xəbərlər
Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Somali Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Qvineya-Bisau Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Gürcüstan Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













