Qurbanqulu Berdiməhəmmədov İƏT-in Zirvə görüşünün Xankəndidə uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.
“Sizinxeber.az”un məlumatına görə, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir:
“Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.
Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik”.
Oxşar xəbərlər
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək - EKSKLÜZİV
Qurbanqulu Berdiməhəmmədov İrana gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
