Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.
"Sizinxeber.az" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) liderlərinin iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.
"Sizinxeber.az"un tacik liderinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Emoməli Rəhmonun səfəri zamanı onu xarici işlər naziri, prezidentin xarici əlaqələr üzrə və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət naziri, nəqliyyat naziri və digər rəsmi şəxslər müşayiət edirlər.
Qeyd edək ki, ECO liderlərinin sammiti bu gün Xankəndi şəhərində Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkmənistan da daxil olmaqla 10 üzv ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə başlayır.
Sammitdə müşahidəçi qismində ŞKTC nümayəndə heyəti də iştirak edir.
Oxşar xəbərlər
Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib
Tacikistan Prezidenti Azərbaycana yola düşüb
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
Tacikistan Prezidenti İlham Əliyevə zəng edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













