Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət edib
sizinxeber.az xəbər saytı

Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət edib


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Bakıda Zəfər parkını ziyarət edib.

Sizinxeber.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Oxşar xəbərlər

Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət edib
Qvineya-Bisau Prezidenti Bakıda Zəfər parkını ziyarət edib
Aleksandr Turçin Zəfər parkını ziyarət edib
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
Pakistanın Baş naziri Zəfər parkını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər