MM bank kartlarının talanmasına görə şikayətlərə 24 saat ərzində baxılmasını ilk oxunuşda qəbul edib
İstintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə səlahiyyətlər veriləcək.
"Report" xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.
Sənədə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxarkən Cinayət-Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparır.
Təklif edilən dəyişikliyə əsasən, cinayət işinin başlanmasına qədər aparılmasına icazə verilən iki və daha artıq istintaq və ya digər prosessual hərəkətlər həyata keçirildikdə, cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın 30 gündən artıq olmayan müddətlə məhdudlaşdırılması nəzərdə tutulur;
Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasından çıxarıldığı üçün, həmin maddənin Cinayət-Prosessual Məcəllənin 214.4-сü maddəsinə uyğun olaraq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatı aparılan maddələrin sırasından da çıxarılması təklif edilir.
Layihədə qeyd edilib ki, son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyinin təmin etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 446 və 447-ci maddələrinə müvafiq dəyişikliklər təklif edilir.
Belə ki, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi növündə istintaq hərəkəti, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.
Dəyişikliyə əsasən bu istintaq hərəkətinin təxirəsalınmadan aparılması zəruri olduğu hallarda, müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə, onun məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılması təklif edilib.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.
Oxşar xəbərlər
Törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı dəyişikliyi ilk oxunuşda qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis prokurorluq orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə razılıq verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bank kartlarının talanmasına görə istintaq təxirəsalınmadan aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












