Azərbaycanın tarixi-mədəniyyət abidələrinin iş adamlarının istifadəsinə verilməsi təklif olunur
Azərbaycanın tarixi-mədəniyyət abidələrinin iş adamlarının istifadəsinə verilməsi təklif olunur.
“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səyyad Salahlı parlamentin bugünkü iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliklərin müzakirəsi çıxış edib.
Onun sözlərinə görə, abidələrin əksəriyyəti dağılmaq təhlükəsi ilə üz-üzədir:
“Məsələn, hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrdən gündə bir kərpic düşür. Çünki abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Onlar da abidələri bərpa edə və həmin məkanda hansısa bir fəaliyyətlə məşğul ola bilərlər. Bunun başqa yolu yoxdur. Əgər məsələ qaldırırıqsa, bundan sonrakı vəziyyəti dədüşünməliyik. Tutaq ki abidələri pasportlaşdırdıq, bəs sonra?"
Spiker Sahibə Qafarova isə bildirib ki, abidələrə nəzarət Azərbaycan hökumətinin səlahiyyətindədir.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov da deputata cavabında qeyd edib ki, abidələrin pasportlaşdırılması vahid qaydada həyata keçiriləcək.
Deputat Şahin Seyidzadə vurğulayıb ki, gələcəkdə elektron qeydiyyat sisteminin yaradılması və abidələrin beynəlxalq, dövlət və yerli əhəmiyyətli olmaqla təsnifatlaşdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Baş Prokuror: Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə də bağlı ittiham verilib
MM dövlət siyahısına daxil edilən abidələrə vahid qaydada pasport verilməsini ilk oxunuşda təsdiqləyib
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaların səlahiyyətlərinin artırılması təklif olunur
Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
