MM dövlət siyahısına daxil edilən abidələrə vahid qaydada pasport verilməsini ilk oxunuşda təsdiqləyib
- 22-04-2025, 14:00
- Siyasət / Siyasət / Milli Məclis
- 0
- 936
Milli Məclis Azərbaycanda dövlət siyahısına daxil edilən abidələrə vahid qaydalar əsasında pasport verilməsini ilk oxunuşda təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, dövlət mühafizəsinə götürülən abidələrlə bağlı zəruri işlərdən biri də onların sənədləşdirilməsi və yaxud pasportlaşdırılmasıdır. Sözügedən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb.
Azərbaycan Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 2.9-cu hissəsinə əsasən abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Dövlət Turizm Agentliyi, "İçərişəhər Dövlət Tarix Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində "İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər. Həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nə əsasən qoruq idarəsi abidələrin pasportlaşdırılması işlərini həyata keçirməlidir.
Sənəddə qeyd edilib ki, bu hal dövlət mühafizəsinə götürülmüş abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin-pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanmasına zəmin yaradır. Bu baxımdan daşınmaz mədəni irs nümunələrinin qorunmasını və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi vacibdir.
Müzakirə olunan dəyişiklik məhz dövlət siyahısına daxil edilən mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


width="220" alt="Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />