Deputat: Bəzi dövlət qurumlarında qulluğa qəbul üzrə müsahibələr formal xarakter daşıyır
Bəzi dövlət qurumlarında qulluğa qəbul üzrə müsahibələr formal xarakter daşıyır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin rəhbəri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Hesablama Palatasında həyata keçirilən dövlət qulluğuna qəbul prosesi digər qurumlarda da tətbiq edilməlidir:
"Bəzi dövlət qurumlarında qulluğa qəbul üzrə müsahibələr formal xarakter daşıyır. Bu da müqavilə ilə çalışan işçilərin himayədarlığı ilə bağll məsələdir. Belə ki, çox savadlı və hazırlıqlı olsa da, müsahibə mərhələsində müqaviləli işləyənlərə uduzan namizədlər var. Ona görə də dövlət qulluğuna qəbulun müsahibə mərhələsində maraqlı orqanın təmsilçiləri komissiyanın tərkibindən çıxarılmalıdır”.
Oxşar xəbərlər
Nazirliyin nümayəndəsi: Bələdiyyələrdə yaradılan gender komissiyalarının çoxu formal xarakter daşıyır
Vüqar Gülməmmədov: "Dövlət qurumlarında əməkhaqqı disproporsiyası var"
Vüqar Gülməmmədov: "Dövlət qurumlarında əməkhaqqı dispraporsiyası var"
MİQ üzrə müsabiqənin müsahibə mərhələsi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
